Tacikistan Prezidenti Aİ-dən kömək istəyib

Tacikistan Prezidenti Aİ-dən kömək istəyib

Tacikistan Prezidenti Emoməli Raxmon Əfqanıstandakı vəziyyətlə bağlı narahatlığını bildirib.

APA TASS-a istinadən xəbər verir ki, o, bu barədə Qırğızıstanın Çolpon-Ata şəhərində təşkil edilən Mərkəzi Asiya və Avropa İttifaqının (Aİ) ikinci sammitində çıxışı zamanı deyib.

Tacikistan dövlət başçısı Əfqanıstanla sərhədləri möhkəmlətmək üçün kömək istəyib və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini hesab edib.

Emoməli Raxmon vurğulayıb ki, hazırda terrorizm nə narkotrafiklə effektiv mübarizə üçün vasitələr kifayət deyil:

“Bununla bağlı ümid edirəm Avropa İttifaqının dəstəyi artacaq”.

Tacikistan dövlət başçısı qeyd edib ki, Əfqanıstan, xüsusilə bu ölkənin şimalı dünyada beynəlxalq terrorizm və narkotik istehsalının ən böyük mənbələrindən birinə çevrilib.

Cebhe.info