"Taliban"la toqquşma: İran sərhədçisi ölüb

"Taliban"la toqquşma: İran sərhədçisi ölüb

Dünən Əfqanıstanın Nimroz əyaləti ilə sərhəddə Taliban Hərəkatının silahlıları ilə baş verən toqquşmada İran sərhədçilərin biri ölüb, ikisi yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi İran Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Yaralı sərhədçilərin sağlıq durumu açıqlanmayıb.

Cebhe.info