"Taliban"dan "Hizbullah"a dəstək

"Taliban" Tehrana müharibə elan olunacağı təqdirdə Livana qoşun göndərəcəyinə söz verib.
"Cebhe.info" xəbər verir ki, "Taliban" qruplaşması İsraillə "Hizbullah" arasında müharibə olacağı təqdirdə Livana qoşun göndərəcəyini vəd edib.
Livanın “Əl-Əxbar” qəzetinin məlumatına görə, "Taliban" İran hökumətini əmin edib ki, gərgin vəziyyətdə "Hizbullah"-a dəstək üçün Livana minlərlə əsgər göndərəcək.
Qeyd olunub ki, bundan öncə İranın Kabildəki səfiri lazım gələrsə, “Şəhidlik” qüvvələrinin Əfqanıstandan Qəzzəyə gedəcəyini bildirib.
Yunis Abdullayev
"Cebhe.info"