Taxıl sazişinin uzadılmasını təmin etdik - ƏRDOĞAN

Türkiyə Rusiya və Ukrayna arasında taxıl sazişinin müddətinin uzadılmasında vasitəçilik edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Ərdoğan Taxıl Dəhlizi Müqaviləsi müddətinin martın 19-da sona çatdığını xatırladıb.
“Hər iki tərəflə apardığımız danışıqların sonunda martın 19-da başa çatacaq müqavilənin uzadılmasını təmin etdik", - Türkiyə lideri bildirib.
O qeyd edib ki, müqavilə çərçivəsində 800-dən çox gəmi ilə 25 milyon ton taxıl daşınıb.
Cebhe.info