Təbrizdə Ermənistan konsulluğu açılacaq

Yaxın zamanda Ermənistanın Təbrizdə baş konsulluğu açıla bilər.
“Cebhe.info” “İRNA” informasiya agentliyinə istinadən xəbər verir ki, Ermənistan Təbrizdə baş konsulluğun açılması üçün lazımi hazırlıq işləri görür.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani mətbuat konfransında Ermənistanın Təbrizdə baş konsulluğunun açılması haqqında danışıb.
O qeyd edib ki, bu, yaxın zamanda reallaşa bilər:
“İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı konsulluğu mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfəri zamanı açılıb,” – deyə N.Kənani bildirib.
Kənani əlavə edib ki, İranın Qafandakı peşəkar fəaliyyəti uğurla davam edir və bütün iranlılara konsulluq xidmətləri göstərilir.
Yunis Abdullayev
“Cebhe.info”