Tehranda Qüds korpusu da vuruldu

Tehranda Qüds korpusu da vuruldu

İsrail ordusunun (İDF) “Telegram” kanalında verdiyi məlumata görə, ordu  Tehranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) elit bölməsi olan Qüds Qüvvələrinin komanda mərkəzlərinə və İran ordusuna dəqiq zərbələr endirib.

“Cebheinfo.az”-ın İDF-yə istinadən məlumatına görə, əməliyyatlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib. 

Hərbçilərin sözlərinə görə, bu mərkəzlər Yaxın Şərqdə İranın nəzarətində olan qrupların köməyi ilə İsrailə qarşı hücumlar planlaşdırırmış.

Xəzər
“Cebheinfo.az”