Telefon cibində partladı: İnsanlar təşvişə düşdü

Braziliyanın Qoias şəhərində qadın arxa cibinə qoyduğu telefonun partlaması nəticəsində yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Supermarketdə baş verən hadisə təhlükəsizlik kameralarına düşüb.
Görüntülərdə qadının həyat yoldaşı ilə mağazada gəzdiyi zaman arxa cibindəki telefonun qəfil alovlandığı görünür.
Qadın birinci və ikinci dərəcəli yanıq xəsarətləri ilə tibb məntəqəsinə aparılıb.
Zərərçəkənin əri telefonu bir il əvvəl aldıqlarını və məhkəməyə müraciət edəcəklərini bildirib.
Mütəxəssislər belə halların müxtəlif səbəblərdən baş verə biləcəyini və istehsal qüsurları və ya cihazların fiziki zədələnməsi kimi faktorların bu hallara səbəb ola biləcəyini bildirirlər.
Oxşar bədbəxtliklərin qarşısını almaq üçün mütəxəssislər orijinal şarj cihazları ilə telefonlardan istifadə etməyi, onları fiziki təsirlərdən qorumağı və şübhəli vəziyyət aşkar edildikdə səlahiyyətli xidmətlərə müraciət etməyi tövsiyə edir.
Nigar Hacılı
"Cebheinfo.az