Tramp COVID-i “Çin virusu”u adlandırdı

Tramp COVID-i “Çin virusu”u adlandırdı

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp COVID-19-u “Çin virusu” adlandırıb.

“Cebhe.info” xəbər verir ki, o, respublikaçıların Milvauke şəhərində keçirilən Milli Qurultayında çıxış edən respublikaçı ilk prezidentliyi dövründə Çinlə bağlanmış ticarət müqaviləsini xatırladıb və bunu “Əsrin müqaviləsi” adlandırıb.

"50 milyard dollar dəyərində məhsulumuzu aldılar, amma mən bunu COVID-ə görə, yəni düzünü desəm, Çin virusu ilə bağlı vəziyyətə görə qeyd etmirəm" ,-deyə o bildirib.

ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsinə dair saziş 2020-ci il yanvarın 15-də Vaşinqtonda imzalanıb. Çin daha sonra ilk il ərzində Amerika məhsullarının alışını 76,7 milyard dollar, müqavilənin ikinci ilində isə 123,3 milyard dollar artırmağa razılaşdı.

Trampı ABŞ prezidenti olaraq əvəzləyən demokrat Co Bayden razılaşmanın uğursuz olduğunu, lakin Tramp dövründə tətbiq edilən Çin mallarına tətbiq edilən artan rüsumları ləğv etmədiyini deyib.

Xəzər
“Cebhe.info”