Tramp heç vaxt bu qədər rəzil olmamaışdı: “Sarılar”ın savaşı

Tramp heç vaxt bu qədər rəzil olmamaışdı: “Sarılar”ın savaşı

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb. 

Oval kabinetdəki ikitərəfli görüşdən sonra Tramp mətbuat mənsublarının suallarını cavablandırmaqda çətinlik çəkib. ABŞ lideri Meloninin “Siz heç avropalıların parazit olduğunu demisinizmi?” sualına cavab verə bilməyib.

“Cebheinfo.az” xəbər verir ki, İtaliyanın Baş naziri Giorgia Meloni rəsmi səfər çərçivəsində Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Oval ofisdəki ikitərəfli görüşdən sonra iki lider bağlı qapılar arxasında keçirilən naharda Ağ Evdə akreditasiya edilən müxbirlər və italyan jurnalistlərin suallarını cavablandırıb. 

Birgə mətbuat konfransında italyan jurnalistin sualından sonra yaşananlar diqqət çəkib. Jurnalist Trampdan avropalıları “parazit” adlandırıb-adlandırmadığını soruşduqda, Meloni Trampa üz tutaraq, “Sən heç avropalıların parazit olduğunu demisən?”, - deyə soruşub. Gözlənilməz sualdan şoka düşən Tramp "Mən bunu heç vaxt deməmişəm. Nə danışdığınızı da bilmirəm" deyərək sualdan yayınmağa çalışıb. Əvvəl yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Vensin avropalılara ünvanladığı təhqiramiz mesajlarını dəstəkləyərək, “Mən onunla razıyam, onlar parazitdirlər”,- deyib.

Xəzər
“Cebheinfo.az”