Tramp Rusiya-Ukrayna müharibəsinin həllindən danışdı
Amerikanın keçmiş lideri, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə ehtiyacı yoxdur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Tramp cümə günü Nevada ştatının Las-Veqas şəhərində çıxış edərkən bildirib.
“Demokratların prezidentliyə namizədi Kamala Harrisə səs verməklə siz Rusiya ilə müharibəyə səs verirsiniz. Rusiya ilə müharibə istəyən varmı? Lazım gələrsə, bunu edəcəyik. Amma bunun baş verməsinə imkan verməmək daha doğru seçimdir”, - deyə o qeyd edib.
Tramp əlavə edib ki, Harrisə səs verməklə amerikalılar da hərbi çağırışın bərpasına səs verəcəklər.
Tramp həmçinin qeyd edib ki, seçkidə qalib gələrsə, danışıqlara başlamaq üçün dərhal Rusiya lideri Vladimir Putin və Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskiyə şəxsən müraciət edəcək.
Həsən Məmmədov
"Cebheinfo.az"