Tramp Ukrayna məsələsinin həllini ona həvalə edəcək

Tramp Ukrayna məsələsinin həllini ona həvalə edəcək

Donald Tramp administrasiyasında Ukrayna üzrə xüsusi elçi vəzifəsi olacaq. 

O, ABŞ tərəfindən müharibənin dayandırılmasına yönəlmiş danışıqlara nəzarət edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən yazıb.

Mənbələr bildiriblər ki, xüsusi nümayəndənin adı tezliklə açıqlanacaq: 

“Bu, böyük nüfuzlu bir şəxs olacaq və sülh yolu ilə həllə aparan həll yollarını tapmaq tapşırığı alacaq".

Trampın 2017-ci ildən 2019-cu ilə qədər ilk dövründə onun administrasiyasının artıq Ukraynada sülh danışıqları üzrə xüsusi nümayəndəsi var idi. Bu vəzifəni tutan ilk və yeganə şəxs Kurt Uoker idi. Baydenin belə bir xüsusi nümayəndəsi olmayıb.

Uolker texniki baxımdan könüllü məsləhətçi sayılırdı və dövlət işçisi kimi maaş almırdı. “Fox News” qeyd edir ki, çox güman ki, yeni xüsusi elçi də öz vəzifələrini pulsuz yerinə yetirəcək.

Xəzər
“Cebheinfo.az”