Trampın məhkəməsində dəhşət: Kişi özünü yandırdı

Trampın məhkəməsində dəhşət: Kişi özünü yandırdı

Trampın mühakimə olunduğu məhkəmənin qarşısında bir nəfər özünü yandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Trampın “susmaq müavinəti” işini izləmək üçün məhkəmə binasına gələn onlarla insan qorxulu anların şahidi olub.

"Cebhe.info" xəbər verir ki, Trampın məhkəməsində 12 münsif müəyyən edildikdən bir neçə dəqiqə sonra bir nəfər polisin əhatə etdiyi əraziyə yaxınlaşaraq məhkəmə binasının qarşısına gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, kimyəvi maddə iyi gələn şübhəli məhkəmənin qarşısında özünü yandırıb. Polis alovla əhatə olunan şübhəliyə yanğınsöndürənlə cavab verib. Alov söndürüldükdə bütün bədəni yandığı görünən şəxs sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. 

Nyu-York Polis Departamentindən verilən açıqlamada hadisə ilə bağlı istintaqın başladıldığı bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"