Türkiyə vətəndaşları hansı ölkələrə vizasız gedə bilər?

Son illər ölkələr arasında əməkdaşlığın getdikcə güclənməsi nəticəsində bir sıra ölkələr qarşılıqlı olaraq vizanı aradan qaldırırlar.
“Cebhe.info” xəbər verir ki, bu gün viza barədə razılaşma əldə edən ölkələr sırasında Türkiyə də var.
Türkiyə vətəndaşlarının pasportsuz və yalnız şəxsiyyət vəsiqəsi ilə gedə bildiyi ölkələr KKTC, Gürcüstan, Azərbaycan və Moldova olduğu halda, bir çox ölkə də Türkiyə vətəndaşlarını qapıda viza müraciəti ilə ölkəsinə qəbul edir.
Beləliklə, 2023-cü ildə Türkiyə vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı 72-dən 79-a yüksəlib.
Nigar
“Cebhe.info”