Türkiyədən 5 ölkədə əməliyyat: Eyni şəbəkənin yüzlərlə üzvü tutuldu

Türkiyədən 5 ölkədə əməliyyat: Eyni şəbəkənin yüzlərlə üzvü tutuldu

Beş ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə genişmiqyaslı əməliyyat nəticəsində əksəriyyəti Türkiyədə olmaqla 200-dən çox adam həbs edilib.

“Cebheinfo.az” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Yerlikaya mətbuat konfransında “Bu gün səhər saatlarında mütəşəkkil cinayətkar qrupun 9-u xaricdə, 225-i isə vətənində olmaqla ümumilikdə 234 yüksək rütbəli üzvü saxlanılıb”,-deyib.

Onun sözlərinə görə, reydlər eyni vaxtda Hollandiya, Almaniya, İspaniya, Belçika və Türkiyədə həyata keçirilib. Əməliyyatdan əvvəl rəsmilər Fransa və İngiltərə də daxil olmaqla bir sıra ölkələrlə sənədləri paylaşıblar. 

Türkiyəli nazirin sözlərinə görə, 21,2 tona yaxın narkotik vasitə müsadirə edilib.

"Biz beynəlxalq miqyasda nəhəng bir strukturla qarşı-qarşıyayıq", - deyən nazir şəbəkə üzvlərinin narkotiklərin qanunsuz dövriyyəsindən tutmuş “çirkli pullar”ın yuyulmasına qədər müxtəlif cinayətlərdə ittiham olunduğunu bildirib.

Xəzər
“Cebheinfo.az”