Türkiyənin vitse-prezidenti: "Bu gün yeni tarixin başlanğıc günüdür”

Türkiyənin vitse-prezidenti: "Bu gün yeni tarixin başlanğıc günüdür”

"Bu gün Türkiyənin yerləşdiyi regionun və dünyanın sabitliyinə yenidən töhfə verə biləcəyi başlanğıc tarixidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay mayın 28-də prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, arxayınlaşmaq olmaz:

“Xüsusi vurğuladığımız məsələlərdən biri də zəfər sərxoşluğudur. İlk tura nisbətən indi proses daha sürətli davam edir. ümid edirəm ki, seçici fəallığı da yüksək olacaq”.

F.Oktay seçiciləri səsvermədə fəal iştiraka çağırıb:

“Bu, bizim vətəndaşlıq borcumuzdur. Çünki qarşıda uzun 5 il var. Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıram".

Cebhe.info