Ukrayna Aİ ilə təhlükəsizlik zəmanətlərinə dair məsləhətləşmələrə başlayıb

Ukrayna və Avropa İttifaqı kollektiv təhlükəsizlik zəmanətləri üzrə məsləhətləşmələrin birinci raundunu keçirib.
Tədbirdə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini İqor Jovkva və Aİ diplomatiyası rəhbərinin müavini Çarlz Frise iştirak ediblər.
Bu barədə RBC-Ukrayna hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Məsləhətləşmələr zamanı iştirakçılar təhlükəsizlik və müdafiə sahələrinə diqqət yetirməklə, Aİ-nin gələcək təhlükəsizlik zəmanətlərinə yanaşmalar barədə fikir mübadiləsi aparıblar.
Cebhe.info