Ukrayna dronları "Transneft"ə məxsus neft stansiyasına zərbə endirib

Ukrayna dronları "Transneft"ə məxsus neft stansiyasına zərbə endirib

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Nijni Novqorod vilayətindəki "Qorki" neft stansiyasına hücum edib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, hər birinin həcmi 50 min kubmetr olan iki rezervuar məhv edilib, həmçinin filtrasiya avadanlığı və anbar binaları zədələnib.

Qeyd olunur ki, hücum aprelin 23-də baş verib. Obyekt "Transneft – Verxnyaya Volqa" SC-yə məxsusdur.

"Qorki" neft stansiyası həm əsas, həm də aralıq stansiya funksiyalarını yerinə yetirir, Qərbi Sibirdən Rusiyanın mərkəzi regionlarındakı neft emalı müəssisələrinə, həmçinin ixrac üçün neftin vurulmasını təmin edir.

"Cebheinfo.az"