Ukrayna müttəfiqlərini "Şahed" zavodlarını bombalamağa çağırıb

Ukrayna müttəfiqlərini "Şahed" zavodlarına raket zərbələri endirməyə çağırıb.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Söhbət İranda, Suriyadakı fabriklərdən, eləcə də Rusiyadakı potensial istehsal müəssisəsindən gedir.
Nəşrin əldə etdiyi sənəddə deyilir ki, tərəfdaşlar lazımi məhvetmə vasitələrini təmin edərsə, Ukrayna müdafiə qüvvələri həyata keçirə bilər.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Cebhe.info