Ukraynada hava hücumu xəbərdarlığı

Ukraynada hava hücumu xəbərdarlığı

Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Cebhe.info bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Odessa və bu vilayətin ətrafında partlayış səsləri eşidilib.

Bundan əvvəl Ukraynanın dörd bölgəsində hava xəbərdarlığı elan edilmişdi.

Dnepropetrovsk, Kirovoqrad, Nikolayev və Odessa vilayətlərində, həmçinin Zaporojye və Xerson vilayətlərinin Kiyevin nəzarətində olan ərazilərdə hava həyəcan siqnalı eşidilib.

Xatırladaq ki, əvvəllər ölkənin bir sıra regionlarında, o cümlədən Dnepropetrovsk və Odessa vilayətlərində hava xəbərdarlığı bir neçə dəfə elan edilmiş, sonra isə ləğv edilmişdi.

Nigar Hacılı
Cebhe.info