Ukraynanın NATO-ya üzv olacağı tarix açıqlandı

Ukraynanın NATO-ya üzv olacağı tarix açıqlandı

"Ukraynanın NATO-ya üzv olması hazırda ehtimal olunmur, lakin nəzəri olaraq 25 ildən sonra mümkün ola bilər".

“Cebheindo.az” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset "Breitbart News" saytına verdiyi müsahibəsində deyb.

"Ona görə də Ukraynanın NATO-ya üzv olması ehtimalı azdır, çünki bu vəziyyətdə olduğumuz reallıqları nəzərə alsaq, heç kim 25 il və ya başqa bir müddətə qədər heç nəyi təmin etməz", - deyə o bildirib.

"Əgər siz sülh, atəşkəs və davamlı sülhün təmin olunması üçün fürsət istəyirsinizsə, o zaman Ukraynanın NATO-ya üzv olması məsələsi müzakirə olunmur", - deyə nazir əlavə edib.

Xatırladaq ki, Heqset 12 fevralda Brüsseldə Qərbin təmas qrupu ilə növbəti görüşdə qeyd edib ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması qeyri-realdır, eləcə də Ukraynanın NATO-ya qəbul edilməsini faktiki olaraq mümkün deyil. 

Daha sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, Heqsetin bu açıqlamaları Vaşinqtonun mövqeyini tam əks etdirir.

Tramp qeyd edib ki, Qərbin Kiyevi NATO-ya cəlb etməyə çalışması, xüsusilə sabiq ABŞ Prezidenti Co Baydenin davamlı bəyanatları, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat başlatmasının səbəblərindən biri olub.

Səbinə Uğur 
"Cebheinfo.az