Urmiya gölünün qurumuş yatağında simvolik etiraz aksiyası - VİDEO

Urmiya gölünün qurumuş yatağında simvolik etiraz aksiyası - VİDEO

Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmiya şəhərinin sakinləri Urmiya gölünün quruması faciəsinə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə simvolik şəkildə insan zənciri yaradaraq gölün qurumuş yatağında ənənəvi Çömçəxatun mərasimi keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Qeyd edək ki, Çömçəxatun (Çömçə gəlin) mərasimi türk xalqlarında yağış yağmadıqda və bayramöncəsi günlərdə uşaq və gənclər arasında keçirilən ənənəvi tədbirin adıdır.

Cebhe.info