Vardan Qukasyan: “Azərbaycan Zəngəzurdan sonra Göyçə məsələsini qaldıracaq”

Gümrü şəhərinin keçmiş meri və hazırda həmin vəzifəyə namizəd Vardan Qukasyan pis hava şəraitinə baxmayaraq seçicilərlə görüş keçirib.
“Cebheinfo.az”-ın məlumatına görə, Qukasyan Qarabağ müharibəsi dövründə olduğu kimi, hazırda da Ermənistan rəhbərliyinin Türkiyə və Azərbaycanın əmrlərini dəstəklədiyini, konstitusiyanı dəyişmək istədiyini, Zəngəzur məsələsini qaldırdığını, Göyçə məsələsini də qaldıracaqlarını deyib.
Qeyd edək ki, Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilər martın 30-da 9 siyasi qüvvənin iştirakı ilə keçiriləcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”