Vəziyyət gərginləşdi: Erməni silahlıları maşını əhalinin üzərinə sürdü - VİDEO

Vəziyyət gərginləşdi: Erməni silahlıları maşını əhalinin üzərinə sürdü - VİDEO

Ermənistanın Noyemberyan (İncəsu) rayonunda vəziyyət gərginləşib. 

“Cebhe.info” “24news.am”-a istinadən yazır ki, rayon məkəzində vəziyyət son dərəcə gərgindir. “Yerkrapa” könüllülər ittifaqının “məşhur” maşını Baqrataşen yaxınlığında insanların qarşısına çıxıb və izdihamın üzərinə sürüb.

Noyemberyan şəhər meriyası sərhəddə aparılan demarkasya işləri ilə bağlı məlumat yayıb.

“ Bağanis və Əskipara kəndləri ərazisində Ermənistanla Azərbaycan arasında demarkasiya işləri son dərəcə təhlükəli risklər ehtiva edir”,-deyə məlumatda bildirilir.

 “Bizim üçün bu formatda sərhəd demarkasiyasının aparılması qəbuledilməzdir, ona görə də Noyemberyan icması, onun rəhbərliyi, o cümlədən sərhədyanı kəndlərin inzibati başçıları sərhədin demarkasiyası prosesini dəstəkləmir və orada heç bir iştirak etmir”,-deyə şəhər meriyası vurğulayıb.

Xəzər
Cebhe.info