Vulkan 10 nəfərin həyatına son qoydu: Qorxulu görüntülər
İndoneziyada noyabrın 4-nə keçən gecə Levotobi Laki-Laki vulkanı püskürüb.
Modern.az xəbər verir ki, bu barədə AFP yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Flores adasında yerləşən vulkanın püskürməsi nəticəsində on nəfər ölüb. Agentliyin məlumatına görə, ən azı beş kənd boşaldılıb və vulkanın yaxınlığındakı evlər kül altında qalıb.
Ölkədə ən yüksək həyəcan səviyyəsini elan edilib və insanları vulkanın kraterindən ən azı 7 km uzaqda dayanmaq tapşırılıb.
https://t.me/modern_azz/40840?single
"Cebheinfo.az"