Xameneyi ABŞ-ni hədələdi

İranın ali lideri Əli Xameneyi ABŞ-nin ölkəyə xaricdən hücum edəcəyinə inanmadığını, lakin Vaşinqton İran İslam Respublikasında qiyam qaldırmağa cəhd edərsə, sərt cavab alacağını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Əli Xamaneiyi Fitr bayramı (İd əl-Fitr, Uraza bayramı) münasibətilə çıxışı zamanı deyib.
"Onlar bizə qarşı hansısa pis bir şey etməklə hədələyirlər. Lakin biz hesab etmirik ki, xaricdən bizə qarşı bir hücum ehtimalı var, bu, hətta çox da inandırıcı görünmür. Amma belə bir addım atılarsa, cavabımız çox sərt olacaq. Əgər onlar ölkə daxilində qiyam planlaşdırarlarsa, elə İran xalqı özü onlara cavab verəcək", – deyə Xameneyi bildirib.
Onun çıxışı "IRIB" televiziya kanalı vasitəsilə birbaşa yayımlanıb.
Səbinə Uğur
"Cebheinfo.az"