Xameneyinin baş müşaviri Suriyada səfərdədir
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyinin baş müşaviri, Nəzarət Şurasının üzvü Əli Laricani noyabrın 14-də Suriyaya yola düşüb.
Məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, Əli Laricani İranın nümayəndə heyətinə başçılıq edir. Onlar Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və yüksək səviyyəli başqa suriyalı dövlət məmurları ilə görüşəcək.
Əli Laricani Suriya hakimiyyəti ilə ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edəcək.
"Cebheinfo.az"