XİN rəhbərləri Qəzzadakı vəziyyəti müzakirə etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı olub.
IRNA xəbər verir ki, XİN rəhbərləri iki ölkə arasında əlaqələrin inkişafı, iki ölkə prezidentləri arasında son razılaşmaların icrası və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə ediblər.
Əmir Abdullahian Qəzzada İsrailin fələstinlilərə qarşı hərəkətlərini pisləyib və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr xarici işlər nazirlərinin gələcək iclasında soyqırımı və aparteidin dayandırılması istiqamətində nəticələrə və təsirli addımlara ümid etdiyini bildirib.
Öz növbəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan sionist təcavüzünə qarşı çıxmaq və onu dayandırmaq üçün İslam ölkələri arasında koordinasiyaya ehtiyac olduğunu vurğulayıb.
"Cebhe.info"