Yaponiya: “Qəzzaya humanitar yardım göstərməyə çalışırıq”

Yaponiya: “Qəzzaya humanitar yardım göstərməyə çalışırıq”

Yaponiya hökuməti ölkəsinin İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında humanitar yardım fəaliyyətlərinin həyata keçirilə biləcəyi bir mühit yaratmaq üçün səy göstərdiyini açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, paytaxt Tokioda keçirilən mətbuat konfransında Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Yaponiya hökumətinin Yaxın Şərqdəki böhranı sakitləşdirmək üçün son vaxtlar atdığı addımlara toxunub.

Nazir Kamikava bildirib ki, Yaponiyanın Baş naziri Kişida Fumio Dubayda BMT-nin "COP28"  konfransı çərçivəsində İsrail Prezidenti İsaak Hersoqla görüşüb.

Kamikava bildirib ki, Kişida görüş zamanı Qəzza zolağında gərginliyin tez bir zamanda aradan qaldırılması, bölgəyə maddi yardımın artırılması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün həyati əhəmiyyət kəsb etdiyini çatdırıb.

Böhranın həllinə töhfə vermək üçün Fələstin, İsrail və İordaniyaya təşkil etdiyi səfərləri xatırladan Kamikava, "Yaponiya humanitar yardım fəaliyyətlərinin həyata keçirilə biləcəyi bir mühit yaratmaq üçün səylərini davam etdirir" dedi.

Nigar Hacılı 
“Cebhe.info”