Yenə hücum: Bu dəfə 18 nəfər ölüb

Yenə hücum: Bu dəfə 18 nəfər ölüb

Nigeriyanın Benue əyalətində baş verən silahlı hücumda 18 nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, Kastina-Ala bölgəsinin prezidenti Justine Şəku yerli mətbuata açıqlamasında Benue əyalətinin Kastina-Ala bölgəsində naməlum şəxslər tərəfindən hücumun həyata keçirildiyini bildirib.

Hücumda 18 nəfərin həyatını itirdiyini bildirən Şəku çox sayda insanın yaralandığını qeyd edib.

Şəku bildirib ki, hücumdan sonra əyalət hökuməti tərəfindən bölgəyə əlavə təhlükəsizlik qüvvələri göndərilib. Benue əyalətində vaxtaşırı silahlı hücumlar baş verir. 

Son olaraq, iyulun 16-sı Aqatau bölgəsinə edilən hücumda 12 nəfər həyatını itirib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin terror təşkilatları Boko Haram və ISWAP, Qərbi Afrikanın hücumları ilə üzləşib. 

Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Ləman İsmayıl 
"Cebheinfo.az"