Yeni Kaledoniyada üsyan başlayıb

Fransanın Hind-Sakit okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada davam edən hadisələr zamanı iki məktəb yandırılıb, biri isə talan edilib.
"Cebhe.info" xəbər verir ki, paytaxt Noumea şəhərinin meri Sonia Laqard qonaq olduğu BFMTV kanalında adada baş verən son hadisələrdən danışıb.
Noumeada gecənin sakit olmadığına diqqət çəkən Laqard adada iki məktəbin yandırıldığını, bir məktəbin talan edildiyini bildirib.
Böyük bir iş yerində və bir avtomobil salonunda 300 avtomobilin yandırıldığını bildirən Laqard adaya gələcək Fransa Prezidenti Emmanuel Makronu Konqresi çağırmamağa dəvət edib.
Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərə görə, dünən Yeni Kaledoniyaya qarşı misli görünməmiş kiberhücum edilib.
Ciddi ziyan vurmadan dayandırılan hücumun arxasındakı İP ünvanların əksəriyyətinin Rusiya mənşəli olduğu bildirilib.
Nigar Hacılı
"Cebhe.info"