Yoxa çıxan alpinistin məktubları: 100 il sonra nəşr olundu 

Yoxa çıxan alpinistin məktubları: 100 il sonra nəşr olundu 

1924-cü ildə Everestə üçüncü qalxışı zamanı yoxa çıxan britaniyalı alpinist Corc Mallorinin həyat yoldaşına yazdığı məktublar ictimailəşdirilib. 

"Cebhe.info" xəbər verir ki, Mallorinin həyat yoldaşı Rut Malloriyə yazdığı məktublar 100 il sonra onun məzun olduğu Kembric Maqdalena Kolleci tərəfindən nəşr olunub. Kollecdən verilən açıqlamada Mallorinin son üç məktubunun arxivdən tapıldığı və bu məktubların 1999-cu ildə cansız bədəni tapıldıqdan sonra gödəkçəsinin cibindən götürüldüyü bildirilib.

Kollec arxivçisi Keti Green bildirib ki, Mallorinin məktubları bir çox mövzuları, o cümlədən Birinci Dünya Müharibəsi zamanı təəssüratlarını və 1923-cü ildə ABŞ-yə səfərini əhatə edib. Məktublarda onun 1921-ci ildə Evereste ilk ekspedisiyası və dağı araşdırmaq üçün ikinci missiyası haqqında yazıları da var. Arxiv mütəxəssisi bildirib ki, məktubların birində Mallori həyat yoldaşı Ruta  zirvəyə çatmaq üçün 50 faiz şanslarının olduğunu yazıb.

Xatırladaq ki, Mallori dostu Sandi Irvine ilə dağa dırmaşarkən yoxa çıxmışdı və Mallorinin cansız bədəni 1999-cu ildə tapılmışdı. 

Nigar Hacılı 
"Cebhe.info"