Yunanıstanda miqrant qayığı batıb: 5 nəfər ölüb

Yunanıstanda miqrant qayığı batıb: 5 nəfər ölüb

Egey dənizinin Yunanıstana aid hissəsində miqrantları daşıyan qayığın batması nəticəsində beş nəfər ölüb.

APA AFP-yə istinadən xəbər verir ki, Yunanıstan sahil mühafizəsi təxminən 39 nəfərin xilas edildiyini bildirib.

Qeyd olunub ki, axtarışlar davam etdirilir.

"Cebheinfo.az"