Cebhe.info-nun xəbəri təsdiqləndi: Fermerlərin problemi həll oldu

Cebhe.info-nun xəbəri təsdiqləndi: Fermerlərin problemi həll oldu

Bildiyiniz kimi, “Kapital Bank”ın dəstəyi ilə kənd təsərrüfatı məhsulları istehsalçısı olan kiçik və orta fermer təsərrüfatı sahiblərinə yetişdirdikləri məhsulların dəyəri nağd şəkildə deyil, “Fermer kartı” vasitəsilə ödənilir.

Yəni fermerlər onlar üçün ödənilməsi nəzərdə tutulan subsidiyanı “Fermer kartı”ları vasitəsilə əldə edir. Lakin sahibkarlara təqdim olunan "Fermer kartı" daimi deyil, müəyyən müddəti əhatə edir və adətən 1 illik verilir. Lakin "Fermer kartı"nın müddətinin uzadılması ilə bağlı redaksiyamıza məlumat daxil olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, məlumat doğrudur:

"Vaxtı bitmiş "Fermer kart"larının müddəti avtomatik olaraq son istifadə tarixindən sonrakı 10 il müddətinə artırılıb. Fermerlər kartlara köçürüləcək subsidiya vəsaitini təyinatı üzrə istifadə edə biləcəklər".

Naibə
Cebhe.info