Nazirliyin iki qurumuna rəhbər təyin edildi

Nazirliyin iki qurumuna rəhbər təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan iki agentliyə müvəqqəti rəhbər təyin edilib.

Bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Əmrə əsasən, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə İnarə Vəliyeva, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə isə Nail Mərdanov rəhbərlik edəcək.

Onlar hazırda həmin qurumlarda müavin vəzifələrini icra edirlər.

Nazirlikdən "Report"a hər iki xəbəri təsdiq ediblər.

Onu da bildirək ki, hər iki agentlik ölkə prezidentinin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

Cebhe.info