Abşeronda 8 yaşlı uşaq müəmmalı şəkildə öldü

Abşeronda 8 yaşlı uşaq müəmmalı şəkildə öldü

Abşeronda azyaşlı müəmmalı şəkildə ölüb.

"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

Qəsəbə sakini olan 8 yaşlı Heydər Qurban oğlu Talıbzadə yaşadığı evdə qəflətən ölüb. Onun hansı səbəbdən öldüyü hələlik bəlli deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

"Cebheinfo.az"