Bakıda evdən gənc qızla oğlanın meyiti tapıldı

Bakıda evdən gənc qızla oğlanın meyiti tapıldı

Bakıda evdən gənc qızla oğlanın meyiti tapılıb.

"Cebhe.info" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi, dalan 1, ev 2 ünvanındakı fərdi yaşayış evində baş verib.

Mənzildə S.Məmmədov və A.Babayevanın (şərti) meyitləri aşkar edilib.

Vəfat edən qızın uşaq evində böyüdüyü bildirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Əlavə məlumat veriləcək.

"Cebhe.info"