Bakıda kütləvi bıçaqlanma olub

Bakıda kütləvi bıçaqlanma olub

Noyabrın 28-də gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisindən 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Cebhe.info-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Cebhe.info