Biləcəridə yanacaqdaşıyan maşın aşdı

Biləcəridə yanacaqdaşıyan maşın aşdı

Bu gün gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, yanacaqdaşıyan avtomobil idarəetməni itirərək aşıb.

Hadisə zamanı sürücü xəsarət almayıb.

"Cebheinfo.az"