DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir açıqlama - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən daha bir video yayıb.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, xidməti avtomobil xüsusi çoxavazlı səs siqnalı və sayrışan işıqlardan istifadə edib.
“İmişli rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi Yol Patrul Xidməti avtomobilinin təhkim olunduğu inzibati ərazisində hərəkətdə olub”, - deyə məlumatda qeyd olunub.
Əlavə olaraq görüntüləri təqdim edirik:
“Cebheinfo.az”