Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər

Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər

Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb. 

"Cebhe.info" xəbər verir ki, bu barədə "Sputnik Armeniya" Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyana istinadən məlumat yayıb.

Tonoyan bildirib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı. 

"Cebhe.info"