Faiq Mirişli vəfat etdi - FOTO

Faiq Mirişli vəfat etdi - FOTO

Naxçıvan Dövlət Universitetinin (NDU) Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında vəfat edib.

"Cebhe.info" Yenisabah.az-a istinadən xəbər verir ki, NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışıb.

Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilib və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunub.

"Cebhe.info"