Gəncədə 18 yaşlı qadın bıçaqlanıb
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 18 yaşlı A.Əmiraslanova mübahisə zəminində çoxlu sayda bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə onun həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"