Gəncədə 64 yaşlı qadını yük maşını vurub - YENİLƏNİB

Gəncədə 64 yaşlı qadını yük maşını vurub - YENİLƏNİB

Gəncədə yük maşını 64 yaşlı qadını vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1960-cı il təvəllüdlü G.Nəcəfova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

19:11

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü G.Nəcəfovanı yük maşını vurub.

Qadın ağır xəsarətlər alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"