Gizli telefon alveri gömrükçülər tərəfindən ifşa olundu - FOTO

Gizli telefon alveri gömrükçülər tərəfindən ifşa olundu - FOTO

Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Bu barədə Komitədən məlumat verilib. Yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"