Goranboyda yeniyetməni maşın vurub

Goranboyda yeniyetməni maşın vurub

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində 2008-ci il təvəllüdlü S.Orucov yolu keçmək istəyən zaman avtomobil onu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"