Vətəndaşı təhqir edən şəxs barədə DİN-dən açıqlama

Vətəndaşı təhqir edən şəxs barədə DİN-dən açıqlama

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 147 ünvanında xoşagəlməz baş verib.

"Cebheinfo.az" xəbər verir ki, 10-VA-969 dövlət nömrə nişanlı "Toyota Land Cruiser Prado" markalı avtomobilin sərxoş sürücüsü sözügedən ərazidəki köşkə yaxınlaşaraq satıcıya qarşı qeyri-etik davranış sərgiləyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində vətəndaşın təhqir və təhdidə məruz qalması ilə bağlı paylaşılan məlumat araşdırılıb.

Həmin şəxs - 1991-ci təvəllüdlü F.Abdullayev müəyyən olunaraq polis orqanına dəvət edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

"Cebheinfo.az"