İmişlidə “Mercedes-Benz” traktorla toqquşdu: Ölən və yaralanan var

İmişlidə “Mercedes-Benz” traktorla toqquşdu: Ölən və yaralanan var

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes-Benz” markalı minik avtomobili və traktor toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info