İsmayıllıda ağır qəza olub, altı hindistanlı xəsarət alıb - YENİLƏNİB

İsmayıllıda ağır qəza olub, altı hindistanlı xəsarət alıb - YENİLƏNİB

İsmayıllıda baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetməni itirərək yoldan çıxıb.

Xəsarət alanlardan biri (sürücü) Azərbaycan vətəndaşıdır.

Digər 5 nəfər isə Hindistan vətəndaşıdır.

***

Saat 22:12

İsmayıllıda ağır yol qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllının Tircan ərazisində baş verib.

Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info