İsmayıllıda baş verən qəzada polis əməkdaşı xəsarət alıb

İsmayıllıda baş verən qəzada polis əməkdaşı xəsarət alıb

İsmayıllı rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, İsmayıllı-İvanovka yolunda 31-BH-341 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili və 90-HE-183 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı avtomobillərin sürücüləri - rayonun Rusan kənd sakini 1976-cı təvəllüdlü Məmmədov Fəxrəddin Məhyəddin oğlu və Qalıncaq kənd sakini İsmayıllı rayon Polis Şöbəsinin post-patrul xidmətinin əməkdaşı 1995-ci il təvəllüdlü Bəhrəmli Səddam Fərrux oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info