İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıb

İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıb

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

Cebhe.info